22 Sentyabr 2023
Ölkə futbolu

“Benfika”nın sabiq üzvü Azərbaycan klubunda! – EKSKLÜZİV

“Kəpəz” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “sarı-göylər” portuqaliyalı qapıçı İqor Rodrigeslə anlaşıb. Son olaraq sözügedən ölkənin “Feyrense” komandasında çıxış edən oyunçu hazırda azad agentdir.

Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir.

28 yaşlı qapıçı Portuqaliyanın “Şaviş”, “Eştoril” və “Benkfika”nın əvəzedici heyətində çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43