18 Fevral 2025
Kateqoriyasız

Benzema Falkao barədə danışıb

Son zamanlar adı “Real Madrid” klubu ilə hallanan Radamel Falkaonun transferi ilə bağlı Benzema münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu bu transfer haqqında bu sözləri deyib:

“Mənim üçün “Real” dünyanın ən yaxşı komandasıdır. Bu klubun daha bir hücumçu almaq istəməsi normaldır. Falkaonun transferi məni qorxutmayacaq. Əksinə komandam daha da güclənəcək. Madriddə məni hər şey qane edir. Yeni mövsümdə əsas heyətə düşmək və komandamla yeni titullar qazanmaq üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, bu barədə futbolçu  “İnside Spanish Football”a danışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43