Fransanın daxili işlər naziri Gerald Darmani Karim Benzema ilə bağlı sensasyon açıqlama edib.
İdmanxeber.az-ın məlumatına görə, o, fransalı futbolçunun bir neçə ölkə tərəfindən terror təşkilatı kimi tanınan silahlı qruplaşma ilə əlaqəsinin olduğunu bildirib:
“Cənab Kərim Benzemanın “Müsəlman Qardaşlar” təşkilatı ilə bədnam əlaqələri var”
Xatırladaq ki, oktyabrın 15-də Benzema sosial şəbəkələrdə Fələstinə dəstək paylaşımı edib.