Dünya futbolu

Benzemanın arzuladığı heyət – Messi və Ronaldo yoxdur

Səudiyyə Ərəbistanı klubunu “Əl İttihad”ın hücumçusu Karim Benzema arzuladığı komandanı formalaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, fransalı hücumçu Manuel Noyeri qapıçı kimi görmək istəyir. Müdafiədə Dani Alves, Pepe, Serxio Ramos, Marselonu bəlirləyən Benzema, yarımmüdafiə xəttində Klod Makelele, Pol Poqba, Zinəddin Zidan, Ronaldinyonu görmək istəyir.

O, braziliyalı Ronaldo ilə bərabər hücum xəttində yer alıb.

Karim “Real”da birlikdə oynadığı portuqaliyalı Kristiano Ronaldoyla Lionel Messini komandasına qatmayıb.

35 yaşlı Benzema 2023-cü ilin iyulundan “Əl İttihad”da çıxış edir. O, bu mövsüm klubda 16 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43