“Qarabağ”ın futbolçusu Yassin Benzia hələ də komandanın toplanışına qatılmayıb.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb oyunçunun anasının xəstə olmasıdı. Bu barədə baş məşqçi Qurban Qurbanov “Kəpəz”lə keçirilən yoxlama oyunu (5:1) sonrası açıqlama verib:
“Benzianın anasının durumu bir az ağırdır. Ona görə Azərbaycana dönməyib. Ona heç nə demədik. Bir dəfə xəbər göndərdi. Biz də razılaşdıq ki, anası ilə daha çox bir yerdə olsun. Nə vaxt gələcəyini deyə bilmərəm”.