12 Dekabr 2024
Ölkə futbolu

Benziadan baş məşqçi barədə şok sözlər: “İkiüzlülük etdi, ona hücum etmək istədim”

“Fənərbağça”da hər şey gözəl başlamışdı. Komandanın başında Koku var idi. Nəticələrimiz yaxşı olmasa da, pis oynamırdıq. Klub rəhbəri məni birdəfəlik transfer etmək niyyətində idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Yassin Benzia Fransa mətbuatına açıqlaması zamanı deyib. Əlcəzairli yarımmüdafiəçi Türkiyədəki günləri barədə belə danışıb:

“Yanvarda təlim-məşq toplanışında idik. O dönəm baş məşqçi artıq Ersun Yanal idi. Məni “6 nömrə” kimi də oynatmaq istədiyini və çox bəyəndiyini dedi. Mən də onun qərarlarına hörmət etdiyimi bildirdim. Amma daha sonra olanları qəbul etmək mümkün deyildi. Çünki yanvarın 31-də transfer dönəmi bitdi. Fevralın 1-də məşqdə oynamayan tək futbolçu oldum. Baş məşqçi transferin son günündə sənin yerinə futbolçu aldıq dedi. O, əsl ikiüzlülük etdi, ona hücum etmək istəyirdim. Yanala niyə bunu daha öncə söyləmədiyini dedim. O da mənə açıqlama etmək məcburiyyətində olmadığını bildirdi. Burada uduzan mən oldum.

Oynamadığım üçün Əlcəzair millisinin Afrika Kubokuna yüksəlməsinə və turniri qazanmasına tam sevinə bilmədim. Pulumu da ala bilmirdim. Hər gün tək başına məşq edirdim. “Oynamırsa, niyə pul almalıdır” deyirdilər. Amma onsuz da almırdım. Türkiyədə maaşları 6-7 ay sonra ödəməyi sevirlər. Daha sonra FİFA-ya şikayət etdim, pulumu 1 il gecikmə ilə aldım”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43