23 Oktyabr 2024
Dünya futbolu

Benzianı millisinin qələbəsini kənardan izlədi

“Qarabağ”ın futbolçusu Yassin Benzianın çıxış etdiyi Əlcəzair millisi Afrika Millətlər Kubokunda Toqo komandası ilə üz-üzə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma Əlcəzairin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Benzia bu matçda iştirak etməyib. Baş məşqçi Vladimir Petkoviç bu dəfə ona şans verməyib. 

Əlcəzair yığması E qrupunda 9 xalla liderdir. .


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43