05 Avqust 2021
Kateqoriyasız

“Beqoviçin də ittiham etmək hüququ var” – Prosineçki

“İttihamlarla bağlı mən də eşitmişəm. Beqoviç uzun müddət oynamadı. Çıxış yolu tapdı və “Qarabağ”a getdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin sabiq baş məşqçisi, hazırda Bosniya və Herseqovina yığmasını çalışdıran Robert Prosineçki deyib.

Təcrübəli çalışdırıcı Beqoviçlə bağlı ona verilən sualı cavablandırarkən daha sonra sözlərinə belə davam edib:

“Beqoviç “Qarabağ”da çox yaxşı oynayır. Biz bundan məmnunuq. Hər kəsin öz fikirləri var, o cümlədən Asmir Beqoviçin də ittiham etmək hüququ var. Mən buna çox əhəmiyyət vermirəm. Bilirik ki, milli komanda üçün əlimizdən gələni edirik”.

Xatırladaq ki, Amir Beqoviç sosial şəbəkə hesabında yazdığı şərhdə oğlunun yığmadan kənarda qalmasına baş məşqçi Robert Prosineçki yox, Bosniya və Heresqovina Futbol İttifaqının prezidenti Elvedin Begiçin qərar verdiyini qeyd edib. Amir 50 yaşlı mütəxəssisi təlxək adlandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Azərbaycanla yoxlama oyunu keçirə bilərik” – Şenol Günəş

admin

“Liverpul” “Leytpsiq”i belə məğlub etdi – VİDEO

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin