“Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə AFFA-ya minnətdarlığımı bildirirəm. Elit-raund öncəsi bizim üçün yaxşı hazırlıq oldu”.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Macarıstanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Dorotiya Şumi millimizə qalib gəldikləri oyundan (1:0) sonra deyib.
Şumi bərabərsəviyyəli oyunun keçdiyini bildirib: “Oyuna gəlincə, bərabərsəviyyəli mübarizənin şahidi olduq. İlk oyunla müqayisədə bu dəfə daha çevik və əzmkar komanda ilə qarşılaşdıq. Gənc futbolçulardan təşkil olunan Azərbaycan yığmasına gələcək oyunlarda uğurlar arzulayıram”.