10 Yanvar 2025
Ölkə futbolu

Berezutski onun çıxışından narazıdı: Milli üzvü üçün gerisayım başladı

“Sabah”ın yeni baş məşqçisi Vasili Berezutski heyətə əl gəzdirməyə başlayıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssis artıq bir neçə futbolçunun ona lazım olmayacaını klub rəhbərliyinə bildirib. Onlardan biri də komandanın kapitanı Elvin Camalovdu. 

29 yaşlı yarımmüdafiəçinin “bayquşlar”la olan mövcud müqaviləsi bu ilin iyun ayında başa çatır. Berezutski Camalovu gələcək planlarında görmədiyindən onunla başa çatacaq sözləşmənin uzadılmamasını istəyib.

Qeyd edək ki, Camalov 2021-ci ildən “Sabah”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43