“UEFA Millətlər Liqasının qrup mərhələsində iki oyunumuz qalıb. Hazırda etibarlı mövqedəyik”.
Kosovo millisinin baş məşqçisi Bernar Şalland UEFA Millətlər Liqasının qrup mərhələsində Malta və Azərbaycanla keçirəcəkləri oyunlardan danışıb. O, Bakıda yığmamıza qarşı matçın çətin keçəcəyini bildirib:
“Malta və Azərbaycanla olan oyunlar ağır keçəcək. Liderliyi qorumaq asan deyil. Maltanın Bakıda göstərdiyi oyun məni yaxşı mənada təəccübləndirdi. Açığı, onların uzaq yola görə səfərdə yaxşı nəticə qazanacaqlarını düşünmürdüm”.
Qeyd edək ki, həm Malta – Kosovo, həm də Azərbaycan – Farer adaları matçı bu gün 21:00-da başlayacaq.