Milli komanda

Berti Foqts: “Əgər bu deyilənlər zarafatdırsa,..”

“Mənim harada nə deməyim vacib deyil. Əsas odu ki, yığmamız İsrail, Rusiya və Şimali İrlandiyaya qarşı uğurlu oynasın”. 

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

DÇ-2014-ün seçmə mərhələsinin İsraillə sabahkı səfər oyunu ərəfəsində mətbuat konfransı keçirən almaniyalı mütəxəssis bu postdan gedəcəyi ilə bağlı deyilənlərdən gileylənib.

Foqts AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən birinin ifadəsini də müzakirəyə çıxarıb: “İcraiyyə Komitəsinin üzvlərindən biri yığmanın 3 oyunda 10 xal yığacağı halda belə millidən ayrılmalı olduğumu qeyd edib. 3 oyunda necə 10 xal yığmaq olar axı? Əgər bu deyilənlər zarafatdırsa, bunu xarici KİV-ə də izah etmək lazımdır. Yoxsa ki, bunu hamı başa düşməz”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimizin oyununa hakim təyinatları açıqlandı

admin

FIFA 2019-un son reytinqini açıqladı: Millimiz neçənci yerdədi?

admin

Yığmamız Çexiya, Norveç və San Marino ilə eyni qrupda

admin