Millimizin baş məşqçisi Berti Foqts Almaniyanın "Bild" qəzetinə müsahibə verib.
O, əsasən, futbolçu karyerasında çıxış etdiyi "Borussiya"dakı (Münhenqladbax) günlərindən danışıb.
"Heç vaxt pula önəm verməmişəm. Futbolçu olduğum vaxtlarda həmişə 4-5 illik müqavilələr imzalamışam. Başqa oyunçunun daha çox maaş alması məni narahat etməyib”.