Ölkə futbolu

Berti Foqts “Avro-2016″nın püşkatmasında iştirak edəcək

Fevralın 23-də Fransanın Nitsa şəhərindəki “Akropolis” konfrans sarayında 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.

AFFA-nın rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts tədbirdə iştirak edəcək.

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43