Ölkə futbolu

Berti Foqts: “Azərbaycan yığması rəqiblərlə necə rəqabət apara bilər?”

Millimizin baş məşqçisi Berti Foqts "Sky Sports" nəşrinə müsahibə verib.

Alman mütəxəssis açıqlamasında AÇ-nin final mərhələsinin iştirakçılarının sayının 16-dan 24-ə artırılmasına şad olduğunu bildirib.

“Kiçik ölkələr indiyə qədər final mərhələlərində iştirak edə bilmirlər. İştirakçıların sayının artırılması onların qarşısında yaxşı imkanlar açır. Ancaq yoldaşlıq görüşlərinin sayının azaldılması mənim xoşuma gəlmir. Bizim yığmamız kimi komandalara bu, lazımdır. Belə çıxır ki, biz noyabrda yoldaşlıq görüşü keçirə bilməyəcəyik. Belə bir şəraitdə, Azərbaycan yığması rəqiblərlə necə rəqabət apara bilər?”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43