Ölkə futbolu

“Berti Foqts dünya futbolunda böyük simadır”

“Sumqayıt”ın futbolçusu Aleksandr Çertoqanovun müsahibəsi

– Aleksandr, sən Ukrayna çempionatında Nikolayevtsev və İvano-Frankovsk “Spartak”ında çıxış etmisən. Sonra Azərbaycan Premyer-liqası. Danış, “Bakı” FK seleksiyaçıları sənin izinə necə düşdülər?

– Məşhur ukraynalı məşqçi Roman Mixayloviç Pokoranın göstərişi ilə. 2004-cü ilin martında o, mənə dedi ki, futbol agenti İvan Mariç Azərbaycana, yaxşı şəraiti və çempionatda yüksək iddiaları olan komandaya baxışa getməyi təklif edir. Yaxşı düşünüb və hər şeyi “lehinə” və “əleyhinə” bölüb mən razılıqla cavab verdim. Vaxt göstərdiyi kimi, mən öz seçimimdə yanılmadım.

– Zaqafqaziya məişətinə ağrısız öyrəşə bildin?

– Daha çox evdən uzaqda olanlara öyrəşmək lazım gəlirdi. Məişətə öyrəşmək isə elə də lazım gəlmirdi. Bakı böyük və öz memarlıq üslubu ilə kifayət qədər gözəl şəhərdir. Getməyə yerlər var. Əgər vaxt olsa. Bura gələndə bir çox yaxşı insanlarla tanış olduq, yalnız futbolçular deyil. Mənə yaxşı yaşayış şərtləri təqdim etdilər. Azərbaycanda adamlara, mentalitetə və yerli ənənələrə hörmətlə yanaşmaq lazımdır. Bu, burada nəzərəçarpacaq dərəcədə özünü göstərir.

– Zaqafqaziya mətbəxində ən ədviyyatlı və acı təamlardan hansını qeyd edərdin?

– Ət xörəklərini və yerli şirniyyatı xoşlayıram. Və əlbəttə ki, meyvə və tərəvəz burada çox dadlıdır.

– Elə də sadə olmayan Azərbaycan dili ilə işlər nə yerdədir?

– Elə də yaxşı deyil. Daha yaxşı olmasını istərdim. Ancaq bəzi şeyləri, əlbəttə ki, başa düşürəm. Azərbaycanca yaxşı danışmağı eləcə də, yaxşı öyrənməmişəm. Əsasən, mənim bütün dostlarım rus dilini yaxşı bilir və ünsiyyətdə problemlər yaranmır.

– Sənin üçün Zaqafqaziya çempionatına keçmək irəli addım idi?

– Yenicə keçəndə mən belə hesab etmirdim. Sonra vaxt ötdükcə başa düşdüm ki, burada hər şey dirçəliş mərhələsindədir. Xüsusən futbol infrastrukturu planında: stadionlar, məşq meydanları, idman bazaları, mehmanxanalar… Dözmək lazım gəlirdi, xüsusən, səfərə çıxanda. Bütün bunlar sözünü deyirdi. Ancaq böyük üstünlüklər də var. Son illər Azərbaycan futboluna böyük maliyyə vəsaiti yatırmağa başlayıblar. Burada adamların əməksevər olması da vacibdir. Bir çox futbol mesenatları uşaq və yerli futbolun inkişafına böyük istəklə pullar yatırırlar. Vaxtı ötdükcə, bütün bunlar aşkar özünü göstərməyə başladı. Çox klubların məşq bazaları, stadionları tikilib. Məşhur məşqçilər və yüksək Avropa səviyyəli futbolçular gəlməyə başlayıb. Azərbaycan futbolunun səviyyəsi sürətlə yüksəlir.

– Azərbaycan vətəndaşlığını qəbul etmək qərarı çətin idi?

– Deməzdim ki, çətin idi. 2005-ci ildə yerli futbol fəalları dedilər: “Yaxşı oynasan, səni yığma məşqçiləri diqqətə alacaq. Azərbaycan yığmasının heyətində DÇ-2006-nın təsnifat mərhələsində oynamaq imkanı yarana bilər. Mən başa düşürdüm ki, ölkə yığmasında oynamaq böyük şərəf və məsuliyyətdir. Buna görə də, ilk növbədə idman iddialarımı nəzərə alıb Azərbaycan vətəndaşlığını almağa razılıqla cavab verdim. Axı belə yüksək səviyyədə dünya ulduzlarına və güclü yığmalara qarşı oynamaq maraqlıdır. Xüsusən də o zaman mənim Ukrayna yığmasında oynamaq şansım praktiki olaraq yox idi. Özü də “dayaqçı” mövqeyi Ukrayna yığmasında heç də ən problemi mövqe deyil. Bu mövqedə o zaman “Bavariya”da oynayan Timoşşuk, Hollandiyadan Levçenko və dnepropetrovsklu Rotan ilə rəqabət aparmaq real deyildi. Onlar olduqca yaxşı inkişafda idilər. İndi isə gənclər dayaq verir: “Dinamo”dan Qarmaş, “Şaxtyor”dan Stepanenko. Vəziyyəti həmişə düzgün qiymətləndirmək lazımdır.

– İndi sənin hesabında Azərbaycan yığmasında 50-dən çox oyun var. Bunlardan ən çətinini qeyd edə bilərdin?

– Əlbəttə, müxtəlif oyunlar olub. Almaniya yığması ilə rəqabət aparmaq çox çətindir. Bundestim bütün xətlərdə güclü komandadır və çox mütəşəkkildir. Futbolçulara qarşı isə çoxları ilə çətin olub. Onlar o qədər çox olub ki, ancaq öz qeyri-adi oyunu ilə yadda qalıblar: belçikalı Azar, almanlar Ballak və Şvaynştayger, portuqallar Deku və Ronaldo… Gözəl texnikası və meydanı görməsi ilə əla futbolçulardır. Öz yığmalarının əsl liderləridir.

– Azərbaycan Premyer-liqasının səviyyəsi haqda nə demək olar?

– Premyer-liqanın yarış səviyyəsi son illər nəzərəçarpacaq dərəcədə yüksəlib. Yerli federasiya çempionatı 10 komandanın öz aralarında 4 dövrədən ibarət oyun sistemi ilə keçirir. Çempionatda Yuri Syominin rəhbərliyi altında “Qəbələ” liderlik edir. Paytaxt təmsilçisi “Neftçi” bir xal geri qalır. Üçüncü yerdə isə liderdən iki xal geridə olan “Qarabağ” qərarlaşıb. Əksər komandalarda yüksək səviyyəli futbolçular oynayır. Belə ki, yaxınlarda “Qəbələ”yə Rusiya yığmasının futbolçusu Marat İzmaylov keçib. Həmçinin bu komandada xorvat Daniel Subotiç, braziliyalı Rafael və seneqallı Mendi aparıcı mövqedədir. Praktiki olaraq Premyer-liqanın hər komandasında yüksək səviyyəli legionerlər var. Ukrayna çempionatı ilə müqayisə etsək, Azərbaycan komandalarının ilk altılığı Ukrayna Premyer-liqasında möhkəm ortabablardan olardılar.

– Sənin çıxış etdiyin “Sumqayıt”da işlər elə də yaxşı getmir…

– Razıyam. Son oyunda Donetsk “Metallurq”unun iki sabiq oyunçusu, hollandiyalı Ebesilio və braziliyalı Leonardo bizə hərəyə bir qol vurdular. Evdə biz böyük hesabla məğlub olduq – 0:3. Bunun nəticəsi kimi sonuncu yerdə qərarlaşmışıq. Bizim əsas məqsədimiz güclülər arasında yerimizi qorumaqdır. Mövcud vəziyyəti düzəltməyə çalışacağıq.

– Berti Foqts Azərbaycan yığmasının səviyyəsini qaldıra bildi?

– Berti – dünya futbolunda böyük simadır. O, futbolçu kimi böyük və məşqçi kimi də bundan az olmayan uğurlara nail olub. İnkişaf var. Komanda hər oyunda sona qədər mübarizə aparır və Azərbaycan yığmasına qol vurmaq əvvəllər olduğu kimi elə də asan deyil. Müəyyən uğurlar var. Oyun intizamı yüksək səviyyədədir. Məşqlərdə də futbolçular mütləq işləyirlər. Taktikanı isə məşqçi özü seçir: hər rəqibə qarşı ayrıca.

– Özün hələ də yığmada çıxış etməyə ümid edirsən?

– Mən öz imkanlarımı ağılla qiymətləndirirəm. Yaxınlarda bel zədəsi səbəbi ilə karyeramı ümumiyyətlə bitirə bilərdim. Bərpa ola bildim və hələlik klub səviyyəsində oynamağa davam edirəm. Tezliklə 34 yaşım olacaq. Bu yaxşı yığmanın heyətində ümid etmək çətindir.

– Sənin bu il Ukrayna komandası ilə variantın olduğu haqda söz-söhbət gəzirdi.

– Bəli, Ukrayna variantı vardı. Ancaq konkretlik yox idi. Buna görə də bu haqda danışmağın mənası yoxdur.

– Doğma Dnepropetrovskda tez-tez olursan?

– Asudə vaxtım olanda həmişə Vətənə gəlməyə çalışıram. Öz valideynlərimin yanına: anam Nadejda Nikolayevnanın və atam Yuri Vladimiroviçin. Onlar mənim üçün həyatda ən qiymətli insanlardır. Dneprepetrovskda mənim çox dostlarım var və bu qış məzuniyyətimin 20 günü çox tez və görünmədən ötüb keçdi.

– Karyeranı bitirmək haqda düşünmüsən?

– Yayda “Sumqayıt”la müqaviləm başa çatacaq. Sonra hansı təkliflərin olacağına baxacağam. Daha sonra hər şeyi yaxşıca surətdə ölçüb-biçib özüm üçün hər şeyə qərar verəcəyəm.

(Sport.ua)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43