Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən istefa verən Berti Foqts Almaniya mətbuatı açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, Foqts bu fikirləi səsləndirib:
“AFFA prezidenti Rövnəq Abdullayev mənim istefama görə çox məyus oldu. Ona görə heyfslənirəm. Çünki Rövnəq Abdullayev yaxşı insandır. Əgər bir komanda bu qədər işdən sonra da mübarizə aparmağa hazır deyilsə, daha orada çalışmağı mənası yoxdur. Mən federasiyanın prezidentinə də dedim ki, daha belə şərtlərlə işləməyin mənası yoxdur.
Amma gördüm ki, bu komanda irəli gedə bilməz, ona görə istefa verdim. Hər şeyi baş məşqçi etməməlidir. Günahkar həm də futbolçulardır”.