27 Dekabr 2024
Ölkə futbolu

Berti Foqts: “İlk dəfə məni alqışladınız”

Yığmamız 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində az öncə Şimali İrlandiya ilə qarşılaşdı və 2:0 hesabı ilə qələbə qazandı.

Oyundan sonra millimizin baş məşqçisi Berti Foqts  mətbuat konfransında oyun haqda fik bildridi.

“İlk hissədə taktiki səhvlərə yol verdik. Rəqibin şansları vardı. Bəxtimiz gətirdi. Ancaq fasilədən sonra etiyimiz dəyişiklilər öz sözünü dedi. İlk dəfə məni alqışladınız, buna görə sizə təşəkkür edirəm. Qələbəni prezidentə hədiyyə edirik. Mənə elə gəlir ki, qələbəyə görə hamı sevindi”.

– Rəqib baş məşqçi dedi ki, siz futbolçularının hərəkətinə görə üzr istəmisiniz. Hansı hərəkətlərə görə?

– İnanmıram elə bir söz deyib. Mən niyə üzr istəməliyəm? Bunun üçün səbəb yoxdu. Əksinə, o üzr istəməlidir ki, ilk oyunda son dəqiqədə heç nədən qol vurdular.

– Millimizdə 8 xal yığan ilk baş məşqçisiniz. Bunu uğur sayırsınız?

– Mənim üçün azdı. 8 xala qane ola bilmərəm. Lüksemburqu hər iki oyunda uda bilərdik. İrlandiyada heç nədən qol buraxdıq.

– Bəlkə yığmada qalıb işinizi davam etdirəsiz?

– Növbəti suala keçin, xahiş edirəm…

– Əfran İsmayılovu meydana niyə buraxmadınız?

– Qalib heyət dəyişmirlər.

– Rusiya millisinə qarşı da belə oynayacaqsınız?

– Dəyişikliklər olacaq. Çünki bu çətin oyundan sonra baxmalıyam, görüm, futbolçular nə vəziyyətdədir… Növbəti oyunda cəzası bitən Ruslan Abışov da olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43