“Neftçi” PFK-nın 3 futbolçusu milli komandanın düşərgəsinə dəvət olunub.
İdmanxeber.com-un məlumatına görə, Rəşad Sadiqov, Araz Abdullayev və Elvin Yunuszadə yığma komandanın BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər. "Ağ-qaralar"ın digər oyunçusu Mahir Şükürov isə milliyə çağrılmayıb.
Qeyd edək ki, yığma komanda hazırlıq çərçivəsində 05.03.2014-cü il tarixdə Filippin yığması ilə yoxlama oyunu keçirəcək.(klub saytı)