“Matçdan razı qala bilmərəm. Oyunçularda yorğunmluq hiss olunurdu. Rusiya ilə də yoxlama matçımız var. Bu futbolçuları hələ mətbuatda tənqid etməyəcəyəm. Onların özlərinə səhvlərini başa salmağa çalışacağam. Nazarov bizimlər birgə cəmi 3 məşq keçmişdi. Bununla belə, ona 90 dəqiqə şans verdim. Çünki nəyə qadir olduğunu görmək istəyirdim. Rusiya ilə keçiriləcək yoxlama oyununda “Qarabağ” və “Neftçi”nin futbolçularından da istifadə edəcəm”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Özbəkistanla oyundan sonra milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Foqts millinin start heyətindən yalnız 4 futbolçunun Azərbaycan himnini oxumasına belə münasibət bildirib: “Mən də Almaniya millisində çıxış edəndə himni oxumurdum. Belə çıxır ki, mən pis adamam? Gəlin, vətənpərvərliyimizi, Azərbaycanı sevdiyimizi himnlə göstərməyək”.