Milli komanda

Berti Foqts: “Ona cavab vermək istəmirəm”

“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində sabah Bolqarıstanla qarşılaşacaq milli komandamızın baş məşqçisi Berti Foqts oyun öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com sizə həmin müsahibəni təqdim edir:

– Sabahkı  oyunda  sizi hansı nəticə qane edir?

– Heç bir oyunda heç-heçə arzulamıram. Hər oyuna qələbə üçün çıxırıq.

– Sabah sizdən nöcbəti eksperimentlər gözləmək olar?

– Diqqətinizə çatdırım ki, sabah seçmə oyundu. Seçmə oyunda eksperimentlərə yol vermək olmaz.

– Amma ötən mərhələdə Maksim Medvedevi heç vaxt oynamadığı dayaq yarımmüdafiəsində oynatmışdınız.

– Hərdən elə vaxtlar olur ki, hansısa mövqeyə oyunçu tapılmır. Belə olanda məcburiyyətdən  eksperiment etməli olursan.

–  Tərlan Quliyevin yığmaya çağırılması mərkəz müdafiəçilərinin zəif olması ilə bağlamaq olar?

– Tərlan cinah müdafiəçisidir. O,  bir neçə mövqedə oynaya bilər. Maraqlı oyunu var.  Razıyam ki, son oyunda müdafiəçilərimiz kobud səhvlərə yol verdi. Buna görə onu milliyə  çağırmışam.

– Artıq sabahkı heyəti müəyyənləşdirmisiniz?

– Demək olar ki,  90 faiz heyət hazırdı. Üç mövqdə isə hələ sual işarəsi var

– Millimizin sabiq baş məşqçisi Şahin Diniyev Rusiya ilə oyunda etdiyiniz eksperimentlərə görə sizi tənqid edib.

– Ona cavab vermək istəmirəm. Amma Diniyev  yaxşı məşqçidi. Onun beynəlxalq təcrübəsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43