27 Dekabr 2024
Ölkə futbolu

Berti Foqts postunda qaldı

Futbol üzrə Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts yığmada işini davam etdirəcək. Bu barədə Trend-ə AFFA-dakı mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, AFFA İcraiyyə Komitəsinin Foqtsun milli komandada qalması barədə qərar qəbul edəcəyi gözlənilir.

Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. İclasda Azərbaycan milli komandasının baş məşqçisi məsələsi də müzakirə ediləcək.

Qeyd edək ki, 2014-cü il dünya çempionatının seçmə mərhələsində F qrupunda mübarizə aparan Azərbaycan millisi 9 xal toplayaraq qrupda 4-cü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43