Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyununu izləyən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts qarşılaşma ilə bağlı affa.az saytına fikirlərini bildirib:
“Ümumilikdə oyun yaxşı səviyyədə keçdi. Heç-heçə “Xəzər Lənkəran” üçün uğurlu nəticə oldu. “Neftçi” oyunda üstün tərəf idi. Bununla belə, “Xəzər Lənkəran”ın da futbolçularının mübarizliyini qeyd etmək lazımdır. Onlar sona qədər təslim olmadılar və son dəqiqələrdə hesabı bərabərləşdirdilər. Futbolda heç zaman məğlubiyyətlə barışmaq olmaz”.