Dünya futbolu

Berti Foqts yenidən Azərbaycana gəlir

Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts yenidən ölkəmizə gələcək.

İdmanxeber.com-un məlumatına görə, 70 yaşlı mütəxəssis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində paytaxtımızda keçiriləcək Azərbaycan – Almaniya matçını izləyənlər arasında olacaq.

Foqts qarşılaşmanı canlı yayımlayacaq RTL telekanalında Almaniya yığmasının sabiq üzvü Yens Lemmanla birgə mütəxəssis kimi çıxış edəcək.

Xatırladaq ki, Berti Foqts 2008/14-cü illərdə millimizin baş məşqçisi olub.

Qeyd edək ki, qarşılaşma martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43