“İki ildən artıqdır Azərbaycandayam. Bu müddətdə özümü çox xoşbəxt hesab etdim. Mən “Neftçi” üçün çox fəxr və fədakarlıqla oynadım. Komanda və azarkeşlər üçün əlimdən gələni etdim. Biz birlikdə çempionluq qazanmış və tarix yazmışıq. Sizin üçün çox darıxacağam, amma artıq öz ölkəmə, öz evimə qayıtmağın vaxtı çatıb. Mən “Neftçi”nin adını bundan sonra oynayacağım bütün klublara daşıyacağam. Azərbaycandakı insanlar mənim ürəyimdə həmişə qalacaqlar. İkinci ailəm olan komanda yoldaşlarım isə daim mənim dostlarım olaraq qalacaqlar”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri bu gün “Neftçi” ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edən Bruno Bertuççi klubun saytına açıqlamasında deyib.
Braziliyalı müdafiəçi özünün və ailəsinin adından klub prezidenti Sadıq Sadıqova “Neftçi” üçün etdiyi hər şeyə görə təşəkkür edib.
Qeyd edək ki, B.Bertuççi 2012-ci ildən “Neftçi”də oynayırdı.