Uzun müddətdir Braziliyada olan “Neftçi”nin futbolçusu Bruno Bertuççi nəhayət ki, susqunluğunu pozub.
Ölkəsinin mətbuatına açıqlama verən futbolçu “Neftçi”dən ayrılmaq üzrə olduğunu deyib.
“Neftçi”dən ayrılıram və Braziliyaya qayıdıram. Karyeramı vətəndə davam etdirəcəm çünki bu istəyim böyükdür”.
“Azərbaycan müsəlman ölkəsidir. Braziliya ilə fərq dini baxışlardadır. Bununla belə bu ölkəyə uyğunlaşmaq asandır. Bakı gözəl şəhərdi və sürətlə inkişaf edir. Ümumiyyətlə ölkədə sürətli inkişaf gedir. O cümlədən də futbolda. Bu cür investisiya qarşılığında Azərbaycan çempionatı 10 ilə Şərqi Avropada böyük bazara çeviriləcək”.