“Beş-on saniyə huşumu itirdim, başıma tikiş atıldı”.
Bu sözləri İdmanxeber.az saytına müsahibəsi zamanı “Kəpəz”in futbolçusu Elmir Tağıyev “Səbail” görüşündə aldığı zədə barəsindən danışarkən deyib. O, oyuna davam etmək istədiyini bildirib:
“Oyun epizodunda rəqib futbolçu ilə toqquşduq. Hazırda ciddi bir şey yoxdur. Baş məşqçi şans versə, qarşıdakı oyunlarda çıxış edə biləcəm. “Səbail”in həkimi də mənə yaxınlaşdı. Sağ olsun, Natiq həkimlə oyundan sonra da danışdıq. Dedi ki, vəziyyətin pis idi, sənə kömək eləmək istədim. Ona da təşəkkür edirəm”.
Xatırladaq ki, qarşılaşma “Səbail”in 3:0 hesablı qələbəsi ilə başa açtıb.