“Beşiktaş” növbəti itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, “qara qartal”ın müdafiəçisi Velinton Silva zədələnib.
Braziliyalı futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşdıqları “Borussiya” (Dortmund, Almaniya) ilə oyunda sıradan çıxıb. Onun azı 2 həftə oynamayacağı bildirilir.
Qeyd edək ki, Umut Meraş, Kevin Nkudu, Aleks Teyşeyra və Domaqoy Vida da zədədən əziyyət çəkir.