Dünya futbolu

“Beşiktaş” Azərbaycana gələcək? – klub prezidenti açıqladı

Türkiyənin “Beşiktaş” klubunun Azərbaycana gələcəyi gözlənilir.

İdmanxeber.com-un məlumatına görə, bu haqda klubun prezidenti Fikrət Orman məlumat verib. Fikrət Orman Asiya ölkələrinə səfər edərək azarkeş və sponsor qazanmaq istədiklərini bildirib:

“Əvvələr “Qalatasaray” və “Fənərbaxça”dan çox geri qalırdıq. İndi isə rəqiblərimizdən 30 faiz çox gəlir əldə edirik. Dünyanın hər yerində azarkeş toplamalıyıq. Bu baxımdan səfərlər təşkil etməliyik. Yay toplanışında Asiya turu təşkil ediləcək. İndoneziya, Çin, Malayziya, Azərbaycan kimi ölkələrə gedəcəyik. Sponsorlar tapmalı və azarkeş toplamalıyıq. Nüfuzumuzu artırmaq üçün bu addımı atırıq”.

“Qara qartallar” yeni mövsümə hazırlığın ilk mərhələsini Çində keçirəcək. Quandjao şəhərində keçiriləcək turnirdə “Volfsburq”, “Şalke”, “Atletiko” və Çin komandalarından bir neçəsi olacaq.

“Beşiktaş”ın Çindən sonra Azərbaycana gələcəyi bildirilir. İstannbul klubunun qışda da ölkəmizə gələcəyi, “Qarabağ”la yoldaşlıq oyunu keçirəcəyi və paytaxtımızda istanbul klubuna məxsus olan fan-şopun açılacağı barədə xəbərlər yayılsa da bu, baş tutmamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43