06 Oktyabr 2024
Dünya futbolu

“Beşiktaş” fransalı futbolçunu transfer edir

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu fransalı müdafiəçi Rafael Varanla maraqlanır. Baş məşqçi Van Bronkhorst rəhbərlikdən oyunçunun transferini istəyib.

Son klubu “Mançester Yunayted” olan Varan hazırda azad agentdi.

Rafael ötən mövsüm “qırmızı şeytanların” heyətində 32 matça çıxıb və 1 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43