“Beşiktaş” gənc futbolçusu yeni müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu Fahri Kerem Ayla sözləşmə yeniləyib. 19 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-28-ci ilə qədər nəzərdə tutulub.
Kerem Ay ötən mövsüm “Beşiktaş”ın heyətində 20 oyun keçirib və 6 qol vurub, 1 assist edib. Futbolçu İstanbul təmsilçisinin yetirməsidir.