Türkiyə Superliqasının son turlarında ardıcıl xallar itirərək çempionluq şansını yoxa çevirən “Beşiktaş” baş məşqçisi Slaven Biliçlə yolları ayırmağa hazırlaşır.
İdmanxeber.com-un məlumatına görə, “qara qartal”ın rəhbərliyi xorvatiyalı mütəxəssisin əvəzinə 5 namizəd müəyyənləşdirib.
“Fanatik” qəzetini yaydığı xəbərə görə, namizədlər arasında millimizin baş məşqçisi Robert Prosineçkinin də adı var.
Qeyd edək ki, “Beşiktaş” 2013-cü ildə Slaven Biliçlə anlaşmamışdan öncə də Prosineçki ilə danışıqlara başlamışdı. Ancaq həmin vaxt xorvatiyalı mütəxəssis “Kayserispor”da qalmağı üstün tutaraq “Beşiktaş”ın təklifini qəbul etməmişdi.