Ölkə futbolu

“Beşiktaş” Həmzəyevə iş təklif etdi – ÖZƏL

Ölkəmizin təcrübəli hakimlərindən biri, Azərbaycan Tələbə Futbol Federasiyasının baş katibi Əfqan Həmzəyev Türkiyənin "Beşiktaş" klubundan təklif gəlib.

İdmanxeber.com-un məlumatına görə, "qara qartal" idarəçiləri Həmzəyevə çimərlik futbol komandasının meneceri vəzifəsini təklif ediblər. Həmzəyev sözügedən təklif üçün bu gün Türkiyəyə yollanıb. Klub rəsmiləri ilə danışıqlar masasına əyləşəcək Həmzəyev şərtlərin onu qane edəcəyi təqdirdə ortaq məxrəcə gələcəklərini bildirib:

"Bu gün Türkiyəyə gedirəm. Artıq 3 gündür ki, "Beşiktaş"dan mənə təklif gəlib. Əgər şərtlər münasib olsa "Beşiktaş"ın çimərlik komandasının meneceri olacam. Bugün məsələyə son nöqtə qoyula bilər".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43