Dünya futbolu

“Beşiktaş” istədiyi transferi reallaşdırır

“Beşiktaş” Braziliyanın “Atletiko Paranense” klubunun üzvü Vellinqtonu heyətinə qatmağa yaxındı.

İdmanxeber.az-ın məlumatına görə, “qara qartal” təcrübəli yarımmüdafiəçinin transferi ilə bağlı A Seriya klubu ilə danışıqlara başlayıb. Daha öncə də Vellinqtonu heyətinə qatmağa yaxın olan, lakin son anda transferi baş tutmayan futbolçunun Türkiyə təmsilçisinə keçidi bu dəfə dha real görünür.

Qeyd edək ki, Vellinqon bu mövsüm Paranense təmsilçisində 31 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43