04 Oktyabr 2024
Dünya futbolu

“Beşiktaş” – “Makkabi” matçı Bakıda oynanılsın” – VİDEO

“Beşiktaş”ın Avropa Liqasındakı “Makkabi” ilə ev oyununun Azərbaycanda keçirilməsi təklif edilib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Beyaz TV” kanalında yayımlanan “Beyaz Futbol” verilişində müzakirə aparılıb. Futbol şərhçilərindən Rasim Ozan Kütahyalı oyunun Bakıda keçirilməsini təklif edib.

O, İsraillə Azərbaycanın münasibətlərinin yaxın olduğunu və hər iki tərəfin də bu təklifə müsbət yanaşa biləcəyini vurğulayıb. 

Xatırladaq ki, hazırda Türkiyə ilə İsrail arasında olan gərginlik səbəbindən qonaq komandanın İstanbula gəlib-gəlməyəcəyi müzakirə olunur. İsrail mətbuatı təhlükəsizlik baxımından “Makkabi”nin Türkiyəyə getməsinin riskli olduğunu iddia edir. 

Noyabrın 28-də keçiriləcək qarşılaşma, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43