UEFA Avropa Liqasının Liqa mərhələsi V tur çərçivəsində keçiriləcək “Beşiktaş” – “Makkabi” (Təl-Əviv) oyununun yeri bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma Macarıstanda baş tutacaq. Matç noyabrın 28-də Debretsen şəhərində keçiriləcək.
Xatırladaq ki, iki ölkə arasındakı gərgin münasibət səbəbindən Türkiyə tərəfi UEFA-ya matçın İstanbulda keçirilməməsi üçün müraciət etmişdi.