“Beşiktaş” qapıçı mövqeyi üçün yeni namizəd müəyyənləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisinin Paraqvay millisinin üzvü Orlando Gillə maraqlandığı bildirilir. Gənc qolkiper son aylarda çıxışı ilə diqqət çəkib.
Klub rəhbərliyi onun uzunmüddətli layihə üçün uyğun variant olduğunu düşünür. Transferlə bağlı ilkin məlumatların artıq gündəmə gəldiyi vurğulanır.
Futbolçunun da Avropada çıxış etməyə isti yanaşdığı qeyd edilir. Danışıqların yaxın zamanda intensivləşə biləcəyi gözlənilir.

