29 Noyabr 2024
Dünya futbolu

“Beşiktaş” “Neftçi” oyunları üçün heyətini açıqladı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyə klubu “Beşiktaş”ın Bakıya gətirəcəyi heyət açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü hücumçudur. Baş məşqçi Şenol Günəş iştirak ərizəsində yer alan Emir Yaşar, Göktuğ Baytekin, Artur Masuaku, Aytuğ Kömeç, Raşid Gezzal, Berkay Vardar, Emirhan Delibaş, Cenk Tosun, Azad Dəmir və Mustafa Həkimoğlunun İstanbulda qalmalarını qərara alıb.

Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 97. Utku Yuvakuran.

Müdafiəçilər: 3. Fransisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Emerti, 24. Valentin Rosye, 77. Umut Meraş.

Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 83. Gedson Fernandeş, 99. Emrecan Bulut.

Hücumçular: 7. Ante Rebiç, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 90. Semih Kılıçsoy.

Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43