Türkiyə Super Liqasının V turunda mövsümün ilk derbisi baş tutacaq. Həmin turda "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gələcək.
Artıq oyunu idarə edəcək hakimin adına aydınlıq gəlib.
"Atatürk" stadionunda keçiriləcək oyunun ədalət təmsilçisi Fırat Aydunus olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 22-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.