Türkiyə Super Liqasının 32-ci turunda derbi oyunu var.
İdmanxeber.az-ın məlumatına görə, “Beşiktaş” doğma meydanda “Qalatasaray”ı qəbul edəcək. Bazar günü keçiriləcək görüşü Ali Şansalan idarə edəcək.
Ona Ceyhun Sesigüzel və Mehmet Emin Tuğral laynsmanlar qismində köməklik göstərəcəklər.
Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.