“Beşiktaş” klubu “Qarabağ”ın futbolçusu Leandro Andradenin xidmətində maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi oyunçu üçün Ağdam klubu ilə danışıqları davam etdirir. Portuqaliyanın “A Bola” nəşri yazır ki, Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var. “Beşiktaş”ın bu məbləği ödəməyə hazır olduğu vurğulanıb.
Andradenin “köhlən atlar”la müqavilə müddəti 2027-ci ilədək nəzərdə tutulub. O, ötən mövsüm 58 matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.