İdman

“Beşiktaş” rəhbərliyi Bakıya gəlir: Mahir Mədətovu aparmağa

“Qarabağ”ın hücumçusu Mahir Mədətov karyerasını “Beşiktaş”da davam etdirə bilər. 

İdmanxeber.com-un “Futbol+”a istinadən məlumatına görə, Türkiyə klubu Azərbaycan millisinin üzvünə “elçi düşüb”.

İstanbul nəhəngi Mədətov üçün “Qarabağ”a rəsmi təklif də göndərib. 

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da bu keçidə qarşı deyil. Sadəcə qarşı tərəf bunun üçün klub rəhbərliyini də razı salmalıdır. 

“Beşiktaş”ın baş məşqçidi Şenol Günəşin “Qarabağ” – “Çelsi” matçını izləməsi təsadüfi deyilmiş. Təcrübəli mütəxəssis məhz Mədətovu izləmək üçün Bakıya təşrif buyurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43