24 Dekabr 2024
Dünyadan

“Beşiktaş” rəsmən açıqladı: Bu iki legioner komandadan göndərilir

“Beşiktaş” 2 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.

İdmanxeber.com-un məlumatına görə, “qara qartal”ın baş məşqçisi Şenol Günəş Pedro Franko və Ramon Mottanı komandasında görmək istəmir. Klubun mətbuat xidmətindən “A Spor”a verilən açıqlamada bildirilir ki, “ağ-qaralar” bu iki futbolçu ilə ya yolları birbaşa ayıracaq, ya da onları hansısa komandaya icarəyə verəcək.

Bundan başqa klubdna gələn açıqlamada qeyd olunur ki, Gökhan Töre və Oğuzhan heç bir komandaya satılmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43