“Beşiktaş” yeni mövsüm öncəsi hücum xəttini gücləndirməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubunun əsas namizədlərindən biri Vangelis Pavlidisdir. Yunanıstan millisinin üzvü son mövsümdə məhsuldar oyunu ilə seçilib. “Qara qartallar”ın futbolçu ilə bağlı ilkin araşdırmalara başladığı bildirilir.
Klub rəhbərliyi onu əsas hücumçu namizədlərindən biri hesab edir. Pavlidisin də karyerasında yeni addım atmağa açıq olduğu qeyd olunur.
Transferin yaxın günlərdə daha da aktuallaşacağı gözlənilir.

