“Beşiktaş” baş məşqçi postuna Mirça Luçeskunu gətirməyi düşünür.
İdmanxeber.az-ın məlumatına görə, digər namizədlərlə razılığa gələ bilməyən İstanbul klubu sabiq çalışdırıcısını komandanın başına gətirmək istəyir.
Luçesku 2002-04-cü illərdə “Beşiktaş”ın baş məşqçisi olub. O, klubun 100-cü ilində komandanı çempion eləməyi bacarıb.
Ruminiyalı mütəxəssis son olaraq “Dinamo”da (Kiyev) işləyib.