“Beşiktaş” gənc futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Oğuzhan Akyün mövsüm sonuna qədər “Sakaryaspor”da çıxış edəcək. III liqa təmsilçisi onu heyətinə qatıb.
Onun müqaviləsində məcburi satınalma maddəsi yoxdur.