“Beşiktaş” ciddi itki ilə qarşılaşıb.
İdmanxeber.com-un məlumatına görə, “Qara qartal” dünən “Trabzonspor”la oyunda (3:0) hücumçusu Mustafa Pektemeyi itirib.
Pektemek matçın 71-ci dəqiqəsində başından zədələnib. Rəqibi ilə toqquşan 26 yaşlı futbolçunu yaxınlıqdakı xəstəxanaya aparılıb. Burnu qırılan Pektemekin bu gün İstanbulda əməliyyat olunacağı bildirilir.
Onun ən yaxşı halda 2-3 ay sonra yaşıl meydanlara dönəcəyi açıqlanıb.