“Beşiktaş”ın futbolçusu Qabriel Paulista zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı oyunçunun əzələsində ağrıları var. O, 3 həftə komandaya kömək edə bilməyəcək.
“Beşiktaş” Paulistanı mövsümün əvvəlində “Atletiko”dan transfer edib. Təcrübəli oyunçu “qara qartallar”ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub.