09 İyun 2026
Dünya futbolu

“Beşiktaş”da itki – Raşitsa oynamayacaq

“Beşiktaş” UEFA Konfrans Liqasının pley-off mərhələsində ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Ule Qunnar Sulşer bildirib ki,  yarımmüdafiəçi Milot Raşitsa ayaq əzələsindən aldığı zədəyə səbəbindən “Lozanna” ilə cavab oyununda iştirak etməyəcək.

Qeyd edək ki, sabah keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matç İsveçrədə 1:1 hesabı ilə başa çatmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43