25 Noyabr 2024
Dünya futbolu

“Beşiktaş”ı öz yetirməsi məyus etdi

Türkiyə Superliqasında XXXI tura yekun vurulub.

İdmanxeber.az məlumat verir ki, son 3 turdur qələbəyə həsrət qalan “Beşiktaş” səfərdə “Başakşehir”lə qarşılaşıb. İlk hissənin “qara-qartal”ın üstünlüyü ilə başa çatıb – 0:1.

Oyunun əlavə edilmiş son dəqiqələrdə “Beşiktaş”ın yetirməsi olan hazırda icarə əsasında “Başakşehir”də çıxış edən Emirhan İlkhan qoluyla görüş bərabərliklə başa çatıb – 1:1.

“Beşiktaş” 47 xalla 4-cü yerdədir. “Bayquşlar” isə 43 xalla 7-ci yeri tutur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43